Bu infeksiya qusma və qarın ağrısı ilə müşahidə olunur - HƏKİM DANIŞDI

Bu infeksiya qusma və qarın ağrısı ilə müşahidə olunur - HƏKİM DANIŞDI

“Hazırda uşaqlar arasında artan infeksiya rotavirus infeksiyasıdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Amalya Muradova bildirib.

Onun sözlərinə görə, uşaqlarda hərarətin yüksəlməsi, qusma və qarın ağrısı ilə müşahidə olunur: “Amma o qədər də ağır infeksiya deyil və uşaqlar vəziyyətdən tez çıxırlar.
Lakin bu dövrdə uşaqların mədə-bağırsağının yuyulması məsləhət görülür. Adətən, dərman vasitələrindən istifadə edərək, infeksiyadan qurtulmaq mümkündür. Nadir hallarda xəstəxanada müdaxiləyə ehtiyac olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə