Yuxu rejimi düzgün olmayanlar BUNLARI BİLMƏLİSİNİZ - MÜTƏXƏSSİS AÇIQLADI

Yuxu rejimi düzgün olmayanlar BUNLARI BİLMƏLİSİNİZ - MÜTƏXƏSSİS AÇIQLADI

“Ümumiyyətlə sağlamlıq dedikdə, sağlam həyat tərzi, qidalanma, fiziki aktivlik və yuxu rejimini düşünürük. Əgər yuxu rejimimiz düzgün olmazsa, təbii ki, bu sağlamlığmıza mənfi yöndə təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu problem birinci növbədə qidalanmada özünü göstərir: “Çünki yuxu rejimi düzgün olmadıqda birinci növbədə aclıq və toxluq hormonlarının balanlaşması tamamilə pozulur. Orqanizm uyğunsuz formada aclıq hiss edir. Eyni zamanda doyma hissini duymadığı üçün nə qədər yediyinin miqdarına varmır. Buna görə də hər bir orqanizm 7-8 saat yuxu yatmalıdır. Bu 7-8 saatın da sağlam yuxu olması üçün mütləq şəkildə gecə 11-də yatmaq nəzərdə tutulur. Təbii ki, burada başqa bir nüans da var. Orqanizmin sağlamlığını qoruyan, cavan saxlayan, bioloji qocalmanın qarşısını alan, eyni zamanda gündəlik həyati funksiyaları yerinə yetirən orqanizmdəki xoşbəxtlik hormonunun ifraz olunmasıdır. Bu hormon məhz təbii şəkildə gecə saat 11-dən 1-ə kimi yatdığımız zamanda ifraz olunur. Əgər o saatda oyaq qalırıqsa, artıq bu hormon ifraz olunmur. Bu zaman biz gün ərzində ya iştahsızlıqdan əziyyət çəkirik, ya da şirniyyat istəyinə ehtiyac yarandığını hiss edirik. Eyni zamanda da səbəbsiz yerə ağlamaq, depresiyyaya düşmək, adi bir hadisədən belə təsirlənmək, bunlar hamısı o hormonun ifraz olunmaması ilə bağlıdır. Buna görə yaxşı olar ki, yuxu rejimimizi qaydaya salaq.

Xüsusilə də indi texnikanın sürətlə inkişaf etdiyi dövrdə yaşayırıq. İnsanlar günün uzun bir müddətini bilmədən telefondan istifadə edirlər. Bu da onların birinci növbədə yuxu sistemini pozur. Yuxu sisteminin pozulması sadəcə qidalanmaya deyil, insanlarda maddələr mübadiləsinin, orqanizmin pozulmasına da gətirib çxarır. Ürək-damar xəstəliklərinə, piylənməyə və s. səbəb olur.

Sağlam yuxu qəbul etmək üçün gecə, yəni yatmazdan iki saat əvvəl yağlı, duzlu, turş yeməməyə diqqət yetirmək lazımdır. Eyni zamanda gündüz 10 dəqiqə yatılan yuxu, axşam 2-3 saat yatılan yuxu qədər sağlamdır. Buna görə də gündəlik həyatımızda da mütləq şəkildə buna diqqət etməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə