Azad edilmiş ərazilərdə artıq "Azərsu"yun 200-dən çox aboneti var - ASC
"Azərsu" ASC-nin 4 briqadası işğaldan azad olunan ərazilərdə: Şuşa, Cəbrayıl, Hadrut və Zəngilanda fəaliyyət göstərir.
SİA-nın məlumatına görə, bunu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq bu ərazilərdə 200-dən çox abonent var.
“Ötən müddət ərzində əsas işimiz Ağdamda oldu. Ağdam şəhərinin su mənbəyinin müəyyən olunması ilə bağlı kompleks işlər aparıldı. Gələcəkdə baş plana uyğun olaraq görüləcək işlər çərçivəsində magistral kəmərin, anbarın tikintisi, daxili şəbəkənin yaradılması işlərini həyata keçirəcəyik”,- deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB