AHİK-də Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib - YENİLƏNİB-FOTOLAR
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü - “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əməyin mühafizəsinin hər bir dövlət və cəmiyyətin qarşısınsa duran ana məqsədlərdən biri olduğunu vurğulayıb: “Bu gün sahibkarlarımız arasında bu sahədə uğurlu nəticələr göstərən müəssisələrimizin mükafatlandırılması sahəyə önəm baxımından çox vacibdir. Bu gün Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi beynəlxalq standartlara uyğundur.
Biz həmişə düzgün balansın saxlanması üçün çalışmışıq. Son illər ərzində Azərbaycan əməyin mühafizəsi, layiqli əməyin təminatı və ümumilikdə əmək münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür”.
Nazir qeyd edib ki, minimum əmək haqqının artırılması da həyat səviyyəsi baxımından böyük əhəmiyyət daşıyır: “Bu gün minimum əmək haqqı 300 manatdır. Mən inanıram ki bu islahaatların davamı çox önəmlidir.
Bu gün orta əmək haqqı 41 faiz artıb. Digər bir istiqmaət normativ hüquqi bazanın gücləndirilməsidir və standartların təkmilləşdirilməsidir: "Artıq bütün aiddiyyatı qurumların təşkilatçılığı ilə standartların tənzimlənməsi üçün işçi qrupu yaradılıb. Düşünürük ki, bu standartların yekunlaşması və təbliği əməyin mühafizəsi baxımından vacibdir.
Digər istiqamət əməyin mühafizəsi mərkəzinin yaradılmasıdır. Bu istiqamətdə güclü işlər gedir. Bu imkan verəcək ki, işçilərin ləyaqətli işi və iş yeri üçün imkanlar yaradılsın”.
Mərasimdə deputat Səttar Möhbalıyev jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 2009-cu ildən başlayaraq layiqli iş yerləri və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə respublika müsabiqəsi keçirməyə başladığını vurğulayıb: “Əvvəlcə bu müsabiqədə 40 təşkilat iştirak edirdi. 2010-cu ildə bu təşkilatların sayı 100-ə çatdı. 2021-ci ildə bu müsabiqədə 3960 təşkilatın iştirak etdiyinin şahidi olduq.
Bu təşkilatlar Respublika müsabiqəsində iştirak etmək üçün çatışmazlıqları aradan qaldırdılar və sənədləri müsabiqə şurasına təqdim etdilər. Bu müsabiqə şurasında da ən layiqli 168 təşkilat ikinci tura keçdi. İkinci turda da münsiflər heyəti tərəfindən həmin təşkilatlar təftiş olundu. 13 ildə 48 təşkilat Respublika müsabiqəsinin qalibi elan olunub. Bugün onları hədiyyələrlə qiymətləndirəcəyik”.
Tədbirdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitindən, bu istiqamətdə ölkəmizdə görülən işlərdən danışılıb.
Müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasını və 22 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB