İki qız tunel istiqamətində qaçıblar - SON DƏQİQƏ

İki qız tunel istiqamətində qaçıblar - SON DƏQİQƏ

İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. SİA xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb: “Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə