“Məni yüksək səviyyədə qəbul etdiyiniz üçün minnətdaram. Ölkələrimiz arasında münasibətlər üçün cənab Prezident İlham Əliyevlə görüş mühüm əhəmiyyət kəsb edirdi”. Bu sözləri Gürcüstan Xarici İşlər naziri İliya Darçiaşvili Azərbaycan Xarici İşlər Nazirliyinin inzibati binasında Ceyhun Bayramov ilə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında münasibətlər dərin tarixə malikdir: “Cənab nazirlə görüşdə cərəyan edən qlobal prosesləri nəzərdən keçirdik. Ölkələrimiz arasında iqtisadi, enerji, siyasi və ticarət sahələrində olan əlaqlərimizi və bir sıra lahiyələrimiz barədə müzakirələr etdik. İki ölkə arasında ticari əlaqlər ən yüksək səviyyədədir. Təbii ki, mən nazir Ceyhun Bayramovla regionda və dünyada keçən prosesləri nəzərdən keçirdik. Dövlətlərimiz hər zaman qarşılıqlı səviyyədə biri-birinin ərazi bütövlüyünü tanıyıb. Gürcüstan sülhün bərqərar olması üçün yardımçı olmağa hazırdır. Bu digər platformalara ziddiyyət təşkil etmir”.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB