Ermənistanla təmaslarımızın bəzi nəticələri var

Ermənistanla təmaslarımızın bəzi nəticələri var

"Azərbaycan və Gürcüstan arasında beynəlxalq çərçivədə də çox uğurlu əməkdaşlıq mövcuddur”. Bu sözləri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin inzibatı binasında Gürcüstan Xarici işlər naziri İliya Darçiaşvili ilə birgə keçirtdiyi mətbuat konfransında deyib.

XİN başçısının sözlərinə görə, bu gün görüşdə azad edilən ərazilərlə bağlı son bir il ərzində həyata keçirilmiş layihələr, onların mövcud durumu, yaxın illərə olan planlarımız, məcburi köçkünlərin ora qayıdışı ilə bağlı layihələr qarşı tərəfə çatdırıldı. Münaqişəyə son qoyulandan sonra bizim üçün prioritet məsələlərdən biri bölgədə davamlı sülhün təmin edilməsidir. Bununla bağlı da həmkarımla danışıqlar aparmaq imkanım oldu. Artıq Ermənistan XİN-lə təmaslarımız nəticəsində bəzi nəticələrimiz var. Mənim artıq Ermənistanın xarici işlər naziri ilə 2 telefon danışığım olub. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın fəaliyyətə başlaması üçün artıq şərait mövcuddur”.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə