Bu gün minimum əmək haqqı 300 manatdır - SAHİL BABAYEV

Bu gün minimum əmək haqqı 300 manatdır - SAHİL BABAYEV

“Tədbirin təşkilatçıları və təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Əməyin mühafizəsi hər bir dövlət və cəmiyyətin qarşısınsa duran ana məqsədlərdən biridir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu gün sahibkarlarımız arasında bu sahədə uğurlu nəticələr göstərən müəssisələrimizin mükafatlandırılması sahəyə önəm baxımından çox vacibdir: “Bu gün Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi beynəlxalq standartlara uyğundur”.

Sahil Babayev sözlərinə belə davam edib: “Biz həmişə düzgün balansın saxlanması üçün çalışmışıq. Son illər ərzində Azərbaycan əməyin mühafizəsi, layiqli əməyin təminatı və ümumilikdə əmək münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür.

Minimum əmək haqqının artırılması da həyat səviyyəsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün minimum əmək haqqı 300 manatdır. Mən inanıram ki bu islahaatların davamı çox önəmlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə