Bu gün orta əmək haqqı 41 faiz artıb - NAZİR DANIŞDI

Bu gün orta əmək haqqı 41 faiz artıb - NAZİR DANIŞDI

“Bu gün orta əmək haqqı 41 faiz artıb”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, digər bir istiqmaət normativ hüquqi bazanın gücləndirilməsidir və standartların təkmilləşdirilməsidir: "Artıq bütün aiddiyyatı qurumların təşkilatçılığı ilə standartların tənzimlənməsi üçün işçi qrupu yaradılıb. Düşünürük ki, bu standartların yekunlaşması və təbliği əməyin mühafizəsi baxımından vacibdir”.

Sahil Babayev sözlərinə belə davam edib: “Digər istiqamət əməyin mühafizəsi mərkəzinin yaradılmasıdır. Bu istiqamətdə güclü işlər gedir. Bu imkan verəcək ki, işçilərin ləyaqətli işi və iş yeri üçün imkanlar yaradılsın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə