“Mən inanıram ki, bu tədbirlərin görülməsi Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi sahəsində yeni imkanlar yaradacaq”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, ilk öncə işçilərin hüquqları qorunmalı, təmin edilməli, sahibkarların mənafeləri qorunmalı, dövlət tənzimlənməsi tam şəkildə həyata keçirilməyə imkan verilməlidir: “Bu üç maraq biri-biri ilə ziddiyyət təşkil edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB