13 ildə 48 təşkilat Respublika müsabiqəsinin qalibi elan olunub - AHİK SƏDRİ DANIŞDI

13 ildə 48 təşkilat Respublika müsabiqəsinin qalibi elan olunub - AHİK SƏDRİ DANIŞDI

“Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası 2009-cu ildən başlayaraq layiqli iş yerləri və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə respublika müsabiqəsi keçirməyə başladı. Əvvəlcə bu müsabiqədə 40 təşkilat iştirak edirdi”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində AHİK sədri, deputat Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 2010-cu ildə bu təşkilatların sayı 100-ə çatdı: “2021-ci ildə bu müsabiqədə 3960 təşkilatın iştirak etdiyinin şahidi olduq”.

Deputat sözlərinə belə davam edib: “Bu təşkilatlar Respublika müsabiqəsində iştirak etmək üçün çatışmazlıqları aradan qaldırdılar və sənədləri müsabiqə şurasına təqdim etdilər. Bu müsabiqə şurasında da ən layiqli 168 təşkilat ikinci tura keçdi. İkinci turda da münsiflər heyəti tərəfindən həmin təşkilatlar təftiş olundu. 13 ildə 48 təşkilat Respublika müsabiqəsinin qalibi elan olunub. Bugün onları hədiyyələrlə qiymətləndirəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə