Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlərin aparılması davam etdirilir. Küçə və prospektlərdə, park və məhəllələrdə keçirilən monitorinqlər zamanı RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən müşahidələr aparılaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçünsəkilərin salınması və digər istiqamətlərdətəkliflər hazırlanır.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq Səbail və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri ilə bağlıolaraq bir sıra küçə və prospektlərdə səkilər təmir edilir, ağaclar budanır, yaşıllıqlarsalınır, işıqlandırma sistemləri qurulur və digər abadlaşdırma işləri aparılır.
Hazırda birgə monitorinq qrupları Yasamal rayonu ərazisində reydlər keçirir. Növbəti mərhələdə nəticələrdən asılı olaraq çatışmazlıqların aradan qaldırılması istiqamətində hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB