Enerji içkiləri bizim enerji depomuzu söndürür - DİETOLOQ AÇIQLADI

Enerji içkiləri bizim enerji depomuzu söndürür - DİETOLOQ AÇIQLADI

“Ümumiyyətlə enerji içkilərinin heç bir xeyri yoxdur. Onların tərkibində orqanizm üçün 3 mühüm səhv var”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Leyla Zülfüqarlı bildirib.

Onun sözlərinə görə, birincisi güclü şəkər depolanması var: “Məsələn bir enerji içkisi 3 stəkan şirinçaya bərabərdir. İkincisi kofein aralığı həddindən artıq çoxdur. Üçüncüsü isə enerjinin həddindən artıq yüksəldilməsidir.

Əslində enerji içkiləri enerjiverici deyil, enerji sovuruculardır. Bunlar anında şəkərə sürətli qarışaraq, bizim əhval-ruhiyyəmizi qaldırır. Xaricdən deyil, məhz öz orqanizmimiz daxilində olan enerji resurslarımızı bir dəfəyə istifadəyə verir. Əslində bizim enerji depomuz bizə hissə-hissə enerjini verirdisə, biz bioloji ritmimizdə ola bilirik. Amma bu bütün enerjini sorub, birdən-birə bizə xərcləmə verir. İnsan isə bu zaman özünü çox xoşbəxt hiss edir. Bəzi qəfl ölümlərin cavanlaşmasını müayinə etsək məlum olar ki, insanlar vaxtaşırı enerji içkilərindən istifadə edir. Çünki bu tək bir orqana ziyan etmir. Bütün sinir sistemindən tutmuş, daxili orqanlar sisteminə, böyrəyə qədər bütün orqanları sıradan çıxarmağa səbəb olur. Çünki bizim enerji depomuzu söndürür. Buna görə də bir neçə dəfə bu içkilərdən davamlı istifadə edən şəxsdə artıq asılılıq yaranır. Artıq enerji içmədiyi zaman özünü süst hiss edir. Bu cür insanlar öz ölümlərini sürətləndirirlər. Buna görə də qəti şəkildə bu içkilərdən uzaq durmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə