Marqarin yağlardan istifadə etmək sağlamlığa ziyandır? - MÜTƏXƏSSİS AÇIQLADI
"Marqarin yağları, trans yağlar, ümumiyyətlə, insan orqanizminə ziyan verən məhsullardır. Amma çox təəssüf ki, təkcə Azərbaycanda yox, dünyada da bütün şirniyyat məhsullarında, eyni zamanda paketlənmiş məhsullarda trans yağlardan, marqarin yağlarından istifadə olunur". Bu fikirləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, bu məhsulların ən böyük zərəri mədədə həzm olunmamasıdır: "Ürək-damar xəstəliklərinə yol açır. Hətta damarların tıxanmasına səbəb olur, yeni hüceyrələrin yaranmasına mane olur. Orqanizmin bioloji erkən qocalmasının səbəblərindən biri də budur. Eyni zamanda görmə qabiliyyətini, immun siztemini zəiflədir və gələcəkdə alzehiemer xəstəliyinin yaranmasına səbəb olur. Çünki mərkəzi beyin sistemi faydalı yağlar hesabına fəaliyyət göstərdiyi üçün bu yağlar beyin sisteminə ciddi ziyan vurur. Həm kişilərdə, həm də qadınlarda sonsuzluğun yaranmasına səbəb olur. Hamilə qadınlar bu məhsullardan istifadə etməməlidir. Bu gələcək körpənin inkişafını təhlükə altına atır. Mərkəzi sinir sistemində də çox böyük pozuntulara səbəb olduğu üçün hamilə qadınlar, süd verən qadınlar bu məhsullarla qidalandıqda uşağın əqli cəhətdən geri galmasına səbəb olur. Ümumiyyətlə yağ insan orqanizminə faydalıdır, lakin keyfiyyətli yağlar faydalıdır. Çalışmaq lazımdır ki, gündəlik yağ ehtiyyacımızı təbii yağlarla ödəyək. Ən təhlükəlisi də odur ki, orqanizm bu kim məhsulları qəbul etdiyi zaman bu maddələr bur yerə toplaşır və orqanizmdən xaric olma prosesi çox çətinliklə həyata keçirilir. Gələcəkdə isə xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Məhz bu tip yağların 20-21-ci əsrdə çoxalması da bir çox xəstəliklərin yaranmasına səbəb olur. Artıq bəzi qidaların ( "fast-foof" qidalarının, hamburgerlərin) tərkibində var.
Hazırkı dövrdə bir çox qidaların tərkibində bu yağlardan var. Bu məhsulların istifadəsinən mümkün qədər uzaq durmaq lazımdır. Bu yağlar digər yağlara nisbətən daha gec əriyir. qeyd edim ki, əgər bu cür yağlardan alırlarsa mütləq onun etiketinə baxmalıdırlar. Bir çox hallarda marqarin kimi deyil də hidrogenləşmiş bitki yağı kimi qeyd olunurlar. Bu da insanları aldatmaq üçündür. Çünki bilki yağı gördükdə bir çoxları onun təbii olduğunu düşünürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə