“Ümumiyyətlə, beyin inkişafı ana bətnindən başlayır. Daha sonra uşaqlarda əqli gücü artmasına düzgün qidalanma, yuxu rejimi və ən əsası oyunlar ən çox təsir göstərən faktorlardır. Uşağın beyin inkişafı üçün ilk 3 il qızıl dövrlər sayıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmova bildirib.

Onun sözlərinə görə, bu müddətdə əqli inkişaf olduqca sürətli gedir: “Uşağın verdiyi saysız hesabsız suallar böyükləri tərəfində təmkinlə və ətraflı şəkildə cavablandırılmalıdır. Çünki dünyanı, ətrafı kəşf etməkdə olan bir uşaq üçün bunun əhəmiyyəti böyükdür. Umümiyyətlə, zəka inkişafı 15-18 yaşına qədər davam edir. Ancaq bundan sonrasında da tamam dayanmır son tədqiqatlar göstərir ki, 30 yaşa qədər zəka inkişafı gedə bilir, ancaq daha yavaş, daha zəif formada. Uşağın zəka inkişafı üçün oynadığı oyunların, yaşıdları ilə ünsiyyət qura bilmə bacarıqlarının, kiçik böyük motorikasının yaşına uyğun səviyyədə olması vacib nüansdır. Müraciətlərə baxarkən görürük ki, bu gün nitqi olmayan və yaxud psixi və nitq inkişafı öz yaşından aşağı olan uşaqlar gec yeriməyə başlamışlar, sərbəstşəkildə otura bilmək prosesi gecikmişdir, yeriyərkən tez tez yıxılırlar, geyinmək-soyunmaq, cəngəl-qaşıq, qələm tuta bilmək qabiliyyətləri zəifdir və ya nitqini 3-4 yaşından sonra açmışdır. əslində bunlar hamısı birbaşa siqnal olmalıdır valideynlərə. İnkişaf etablarında ləngimə hiss edildiyi anda mütəxəssis yardımı almaq vacibdir.
Bir də ən önəmli nüansı vurğulamaq istəyirəm uşaqlaırn əqli inkişafına mənfi təsir göstərən faktor, günümüzün bəlası sayıla biləcək telefon,televiroz aludəçiliyidr. Valideynlər uşaq sakit dursun işlərimi görüm, yemeyini yesin və s səbəblərlə körpəliyindən uşaqları tv və telefon qarşısında qoyurlar. Bu kimi cihazlar birtərəfli ünsiyyətdir. Körpə ordan informasiyanı alır , hələ necə bir infirmasiyanı alır o da sual altındadır, amma qarşısında onnan sən də danış, sən də mənə informasiya ötür deyə təhrik edən olmur. Belə olduğu təqdirdə uşaqlarda qapanma, ləngimə gedir və tənbəlləşirlər. Çox yaxşı olardı ki, uşaqlar ilk 3 il ərzində telefondan uzaq dursunlar. Canlı ünsiyyət, yaşıdları ilə vaxt keçirmək, fiziki aktiv oyunlar qədər heç nə uşaqların inkişafına gözəl təsir edə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB