Elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin - TAHİR KƏRİMLİ

Elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin - TAHİR KƏRİMLİ

“Bank borcları, faizləri bu gün əsas problemdir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin: “Yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir. Camaat qazandığının hamısını borca verir. Biz Milli Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6% limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə