Azərbaycanla Rusiyanın sərhədyanı ərazilərində immun zonası yaradılacaq - AİB-in SƏDRİ AÇIQLADI

Azərbaycanla Rusiyanın sərhədyanı ərazilərində immun zonası yaradılacaq - AİB-in SƏDRİ AÇIQLADI

“Bu məsələ beynəlxalq təcrübə də mövcuddur. Bir sıra sərhədyanı ölkələr heyvan və bitki xəstəliklərinin, parazitlərin bir ölkədən digərinə keçməsinin qarşısını almaq üçün bu cür razılaşmalar edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstelahçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, pandemiyanın ilkin dövrlərində Azərbaycan tərəfindən Rusiya Federasiyasına belə bir təklif verilmişdir: “Sərhəd zonalarında heyvan və bitki xəstəliklərinin bir-birinə keçməməsi üçün, bir ölkədən digərinə transfer etmək məqsədi ilə müəyyən razılaşma olur. Bu razılaşma əsasında sərhəd zonalarında hansı ölkə heyvan və bitkilərin sağlamlığının qorunması üçün işlər gördüyünü müzakirə edir. Misal olaraq müəyyən bir iş görülərsə burada təklif olunur ki, qarşı tərəfdə həmin prosesi öz zonasında həyata keçirtsin. Sərhəd zonası xüsusi həssas zonadır və burada müəyyən daşınmalar həyata keçirilir. Ona görə də ümumi zona ölkədə heyvan və bitki sağlamlığının qorunması üçün çox əhəmiyyətli bir məsələdir. Artıq Rusiya ilə belə bir danışıq gedib və onlar razılıq versələrib. Bu istiqamətdə artıq müəyyən sənədlər imzalanıb lakin hər hansısa bir qanun qüvvəyə minməyib. Təbii ki, bu kimi addımların Qida Təhlükəsizliyi Agentliyi tərəfindən atılması artıq yavaş-yavaş Azərbaycanda heyvan və bitki xəstəliklərinin azalmasına gətirib çıxaracaqdır. Azad İstehlakçılar Birliyinin həmişə mühüm bir prinsipi var: “İnsan yaxşı yaşamaq istəyirsə, gərək o, qonşusunun yaxşı yaşamasına nail olsun. Əgər qonşuda bir hadisə varsa, o hadisə mütləq gəlib səni də tapacaqdır.” Ona görə bu kimi məsələlər sanki qonşunun qeydinə qalmaq kimi mühüm bir prinsipdir ki, xəstəliklər nə qonşu ölkələrdə nə də öz ölkəmizdə olsun”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə