Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər. Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.

Şəhər sakini Rizvan Xəlilov: “Mən düşünürəm ki, ermənilər heç vaxt pis əməllərindən əl çəkməyəcəklər. Çünki onlar uşaq vaxtlarından bizə qarşı böyüdülürlər. Yəni körpə vaxtlarından uşaqlarının başlarına yeridirlər ki, azərbaycanlılar bizim düşmənimizdir. Ona görə də onlarda bizə qarşı olan nifrət və kin heç vaxt dinməyəcək. Biz hər zaman onlardan özümüzü qorumalıyıq”.
Şəhər sakini Kamil İsrəfilov: “Ermənilər daima təxribat xarakterli əməllər törədəcəklər. Son zamanlarda ermənilər hər bir şəraitdən istifadə edirlər ki, bizə zərbə vursunlar. Lakin onlar bilməlidir ki, istəklərinə nail ola bilməyəcəklər. Onlar bizimlə barışıq imzalamaq istəmir. Bununla da ermənilər özlərinə ziyan vuracaqlar. Düzdür, onlar bizim qalibiyyətimizlə barışmırlar. Hələ də Qarabağ məsələsini həll edəcəklərini zənn edirlər. Amma məsələ bitdi. Qarabağ Azərbaycanındır!”.

Şəhər sakini Xəzəngül İsrafilova: “Biz hər zaman onlarla barışıq imzalamağa hazır olsaq da, onlar bizə bu cür təxribatlar törədiblər. Ermənilər elə bir mundar xislətli millətdir ki, heç vaxt onlara güvənib sakit qalmaq olmaz. Ancaq belə bir faktorda var ki, bu iki dövlətin barışmasını bir çox dövlətlər istəmir. Bunlardan birincisi də Rusiyadır. Əsrlər boyu Rusiya Azərbaycan və Ermənistan dövlətlərinin arasında barışıq imzalanmasını istəməyib. Bunun üçündə ermənilər onların hər zaman köləsi rolunu oynayaraq bizə qarşı çıxıb".

Şəhər sakini Sabiraxanım Əliyeva: “Düşünürəm ki, ermənilər heç zaman pis əməllər törətməkdən yorulmayacaq. Biz Qarabağda ermənilərlə birgə yaşamışıq. Demək olar ki, günlərimiz birlikdə keçib. Amma onlar hər zaman yedikləri qaba təpik vurublar. Bundan sonra da onların düzələcəyinə inanmıram. Ona görə də, onların düzəlməsi üçün hər hansısa bir səy göstərməyə dəyməz”.

Şəhər sakini İlqar Abışov: “Azərbaycan hər zaman öz insanlığını bütün dövlətlərə sərgiləyib. Bu dövlətlərdən biri də məhz Ermənistan dövlətidir ki, biz onlardan öz yaxşılığımızı əsirgəməmişik. Amma onlar bunun müqabilində bizə hər zaman xəyanət edərək, daima arxamızdan işlər görüblər. İkinci Qarabağ müharibəsindən sonra onlar öz məğlubiyyətlərini dərk edib, inanmaq istəmirlər. Bir insan kimi onların bütün yer üzündən silinməsini istəyirəm. Azərbaycan vətəndaşı kimi onlara nifrət edirəm”.

Şəhər sakini Məmməd Abdullayev: “Bir azərbaycanlı olaraq bu təxribatların sonlanmasını istəyirəm. Çünki əgər gərgin vəziyyət yaransa bu onların özünə mənfi təsir edəcək. Mən siyasətlə maraqlanmasam da, öz dövlətimdə baş verən hər bir hadisəni izləyirəm. Ermənistan dövləti yad təsirlərin gücünə məruz qalsa da, qəflət yuxusundan ayılıb, bizimlə müqavilə imzalamaq məcburiyyətində olduğunu anlamalıdır”.

Şəhər sakini Mirsahib Ağayev: “Tarixən belə bir deyim var ki, iqtisadiyyatı güclü olan dövlətin siyasəti də güclüdür. Hər zaman maddi durumu yaxşı olan bir dövlət digər dövlətlərin arasında sayılır və seçilir. Ermənistanın da nə güclü iqtisadiyyatı, nə də maddi durumu var. Bunun üçün də o bütün Türk dünyasından və Rusiyadan aslıdır. Ermənistanın hazırda siyasi sferada tutduğu mövqe elə bir hal alıb ki, onlar bu işdən çıxa bilmirlər. Təbii ki, bütün bunları onlar özləri-özlərinə ediblər. Əgər Ermənistan dövlətinin dağılmamağını istəyirsə bizimlə barışmalı və istəklərimizi həyata keçirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB