Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası 01.02.2022 tarixdən 01.05.2022 tarixə qədər Qaranlıqdan Günəş işığına adlı tədbir keçirir. SİA-nın verdiyi məlumata görə, tədbirin mahiyyəti gəncləri narkomaniya və pis vərdişlərdən uzaq tutmaq idmana cəlb etməkdir.
Tədbir Xətai rayonunda yerləşən 204, 264 və 171 saylı orta məktəblərdə, Bakı Mühəndislik Universitetində və idman salonunda olacaq.
Tədbirin rəsmi tərəfdaşı El-1 idman liqasıdır. Tədbirin rəsmi tərəfdaşı El-1 idman liqası və "Eloğlu" şirkətlər Qrupudur.
Qeyd edək ki, layihə müddət 3 ay 01.02.2022 - 01.05.2022 tarixləri əhatə edir. Layihənin əhatə dairəsi Bakı və Abşeron rayonudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB