Son dövrlərin ən məşhur serialı olan Kalmar oyunu” (“Squid game”) hamısının böyük maliyyə borcu olan 456 oyunçunun iştirak etdiyi bir yarışma ətrafında cərəyan edir. Müsabiqə iştirakçıları 45,6 milyard von (Çinin pul vahidi) mükafatı qazanmaq üçün bir sıra ölümcül uşaq oyunları oynayaraq həyatlarını riskə atırlar. 2021-ci ilin noyabr ayından etibarən “Netflix”də ən çox baxılan serial olan “Squid Game” Azərbaycanda da böyük marağa səbəb olub. Belə ki, kinoya uyğun olaraq oyun belə hazırlanıb. Hansı ki, bu oyun şəhər sakinlərinin son dövrlərdə ən çox əyləndiyi məkana çevrilib. Biz də SİA olaraq, “Squid Game”in oynanıldığı “Portal Games”ə yollandıq.
Əldə etdiyimiz məlumata görə, "Portal Games" şirkətində əyləncə oyunları hazırlanır. “Squid Games” də mövzuya daha yaxın bir oyun olduğu üçün bu da "Portal Games"in oyunları sırasına daxil edilib. Ümumilikdə indiyə qədər 25 oyun var idi. “Squid Game” ilə birlikdə isə artıq 26-cı oyun da əyləncə sevərlərin istifadəsinə verilib.
“Portal Games”in direktoru Nicat Əhmədovun verdiyi məlumata görə, ümumiyyətlə mövzu olaraq, bu bizə çox yaxın bir oyun idi: “Bu yeni və maraqlı bir formatdır. Bunun digərlərindən ən böyük fərqi isə 30 nəfərin belə birgə oynaya bilməsidir. Hazırda qiymətlər həftəiçi 28 manat, həftəsonu isə 36 manat təşkil edir.
Qaliblər final oyununa qatılırlar və finalda qalib olanları pul mükafatı gözləyir. Ay ərzində qaliblər yığılır və qaliblər arasında oyun keçirilir. Pul mükafatı da bu oyunun qalibinə çatır. Təqribi olaraq bu pul 500-1000 manat təşkil edir. Lakin iştirakçı sayı və digər məsələlər də nəzərə alınaraq məbləğdə dəyişiklik olur”.
Oyunların kino ilə eynilik təşkil etdiyi və 6 oyundan ibarət olduğu da bildirilib. Müşahidə etdiklərimizdən isə belə nəticəyə gəldik ki, bu oyuna maraq olduqca çoxdur. İnsanlar böyük maraqla içəri daxil olduqları kimi, əyləncənin dadını çıxararaq, böyük bir zövq hissi ilə də buradan ayrılırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə