Uşaqlar üçün əsər yazmaq xüsusi istedad və peşəkarlıq tələb edir - MƏRKƏZ SƏDRİ AÇIQLADI
"Hesab edirəm ki, nağıllar qorxu və dəhşəti, zorakılığı deyil, humanizmi, sevgini təbliğ etməlidir. Mən uşaqlarda qorxu yaradan, onları zorakılığa səsləyən nağılların yazılmasının və təbliğ edilməsinin əleyhinəyəm". Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, təəssüf ki, son illər uşaq ədəbiyyatı bir qədər diqqətdən kənarda qalıb: "Uşaqlar üçün ciddi sənət nümunələri yaradılmayıb, yaxud onların sayı çoz azdır. Bunu uşaqlar üçün yazılan şeirlərə də şamil etmək olar. Uşaqlar üçün əsər yazmaq xüsusi istedad və peşəkarlıq tələb edir. Yazar son dərəcə diqqətli olmalı, uşaqların ədəbi zövqünü korlamamalıdır. Məhz uşaq ədəbiyyatı vasitəsiylə gələcək nəsilləri mütaliəyə sövq etmək mümkündür. Mümkündür ki, uşaq zəif, mənasız bir mətnlə ədəbiyyatdan üz çevirsin, mütaliəyə həvəs göstərməsin. Buna görə də son dərəcə diqqətli olmaq lazımdır.
Sovet dövründə yaxşı nağıllar yazılıb. Amma zorakılığı, paxıllığı, simicliyi təbliğ edən nağıllar da vardı. Şəxsən mən istəmirəm ki, azyaşlı övladlarımız oğlunun başını kəsən atadan, qardaşının kəndirini kəsən qardaşdan bəhs edən nağılları oxusun. Övladlarımıza baş kəsməyi deyil, şərin, haramın, rüşvətin, müftəxorluğun yolunu kəsməyi öyrətməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB