"Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi" FOTO

"Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi" FOTO

"Turan Araşdırma Mərkəzi"nin sədr müavini f.ü.e.d Cavid İsmayıla istinadən xəbər verilir ki, "Tu­­ran Araşd­­ır­­ma Mər­­kə­­zi"nin qurucu sədri, ta­­nın­­mış tür­­ko­­loq, fi­­lo­­loq-ta­­rix­­çi, ic­­ti­­mai-si­­ya­­si xa­­dim, pro­­fes­­sor mərhum Əj­­dər Ta­­ğı­­oğ­­lunun "Avesta memarlıq abidəsi: "Keşişçi dağ" məbəd kompleksi" adında yeni kitabı "Turan Araşdırma Mərkəzi"nin sədr müavini f.ü.e.d Cavid İsmayılın redaktorluğu ilə çapdan çıxıb.

Kitabı təmənnasız və nəfis şəkildə çap etdiyinə görə "Elm və Təhsil" nəşriyyatına təşəkkürünü bildirən Cavid İsmayıl qeyd edib ki, əsər Azərbaycan dili, Anadolu türkçəsi və rus dillərində çap edilib. Kitabı Anadolu türkçəsinə f.ü.e.d. Nərgiz İsmayılova uyğunlaşdırıb, rus dilinə Lalə Bağırzadə tərcümə edib.Kitabda müəllif növbəti dəfə kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına istinadən tək­­zi­­be­­dil­­məz ger­­çək ta­­ri­­xi nə­­ti­­cə­­nin "Ke­­şik­­çi­­dağ Mə­­bəd-Komp­­lek­­si" ad­­la­­nan qə­­dim və or­­ta əsr­­lər in­­san ya­­şa­­yı­­şı məs­­kə­­ni­­nin, m.ö. IV əsr­­dən, m.s.VI­­II əs­­rə­­dək möv­­cud ol­­muş "Ön Qaf­­qaz Oğuz Al­­ba­­ni­­ya­­sı" döv­­lə­­ti­­nin ki­­çi­­cik bir coğ­­ra­­fi his­­sə­­si ol­­du­­ğu­­nu sü­­but edib.

Xatırladaq ki, professor Əjdər Tağıoğlu bu ilin 13 mart tarixində vəfat edib və dünən doğulduğu Çomaxtur kəndində qırx mərasimi yad edolib..

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə