QMİ sədri İsveçdə və Danimarkada Quranın yandırılmasına cəhd hallarını pisləyib

QMİ sədri İsveçdə və Danimarkada Quranın yandırılmasına cəhd hallarını pisləyib

Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarının, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada “Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş verən qarşıdurmaları qətiyyətlə pisləyirəm.

SİA-nın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə verdiyi iftar süfrəsində deyib.

A.Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.

Qeyd edək ki, aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb. İftar mərasimində Azərbaycanda olan dini konfessiya rəhbərləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə