Məktəblərdə rüşvət hallarına nə zaman SON QOYULACAQ? - TƏHSİL EKSPERTİ DANIŞDI
“Təəssüf ki, son bir il ərzində orta ümumtəhsil müəsissələrində əsassız pul tələbləri kültəvi hal almağa başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, müvafiq təhsil idarə edən qurum məktəblərdə düzgün iş qurmur: “Eyni zamanda sanki artıq məktəblər təhsil nazirini saymayaraq özlərinin çirkin əməlləri ilə ölkədə həyata keçirilən təhsil standartlarını kölgəyə salmaq istəyirlər. Orta ümumtəhsil məktəblərində 2003-2020-ci illərdə aradan qalmış neqativlər çox təəssüflər olsun ki, son bir il ərzində ciddi şəkildə artmağa başlayıb. Hətta bu hal o qədər kütləviləşib ki, insanlar heç nədən çəkinmədən rahatlıqla kommunikasiya vasitələrindən istifadə edərək belə bir hərəkətə yol verirlər. Təbii ki, bu çox ciddi bir haldır. Cəzasızlıq və təhsilin yuxarı qurumunun fəaliyyətsizliyi nəticəsində bu proseslər həyata keçirilir. Hesab edirəm ki, orta ümumtəhsil sistemində dərs prosesində şəffaflıq və dərsin keyfiyyəti bir mənalı şəkildə təmin olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB