Ucar rayonunda şəhid Habil Bilalovun anım tədbiri keçirilib - FOTOLAR

Ucar rayonunda şəhid Habil Bilalovun anım tədbiri keçirilib - FOTOLAR

22 aprel 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, bir qrup Vətən müharibəsi şəhidlərinin - şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, şəhid kapitan Elçin İsmayılovun atası Mübariz İsmayılov, şəhid Təbriz Bəkirovun atası Ehtibar Bəkirov, şəhid Coşqun Məmmədovun atası Elnur Məmmədov, şəhid Fərzalı Fərzəliyevin atası Əlimövsüm Fərzəliyev, Birinci Qarabağ müharibəsi şəhidi Dünyaz Abdullayevin bacısı Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov, YAP fəallarının,şəhidin döyüş yoldaşlarının və ailə üzvlərinin iştirakı ilə şəhid Bilalov Habil Ağalar oğlunun doğum günü – 50 illiyi münasibətilə Ucar Şəhidlər Xiyabanında məzarı ziyarət olunmuş, məzarın önünə çiçəklər qoyulmuş, ruhuna dualar oxunub. Tədbir iştirakçıları Şəhidlər Xiyabanında uyuyan bütün şəhid məzarlarını ziyarət etmiş, məzarların önünə çiçəklər qoyulub, ruhuna dualar oxunub.

Daha sonra şəhər 4 saylı tam orta məktəbində tədbir keçirilmişdir. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub.

Şəhər 4 saylı tam orta məktəbin direktoru Elmira Soltanova, şəhidin döyüş yoldaşı Aydın Quliyev, Ucar Came məscidinin axundu Hacı Elnur Rəhimov, Vətən müharibəsi şəhidlərinin ataları, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, şəhid Dünyaz Abdullayevin bacısı Nəzakət Qasımova, şəhidin müəllimi Xeybər Hacıyev, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsinin daima uca tutulduğunu qeyd ediblər.

Vətən müharibəsində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Şəhidin anası Gülnaz Bilalova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Habil Bilalov 22 aprel 1972-ci ildə Ucar şəhərində anadan olmuş, 23 avqust 1993-cü ildə Füzuli rayonunun Kürmahmudlu kəndində şəhid olmuş, 30 avqust 1993-cü ildə Ucar Şəhidlər Xiyabanında dəfn edilmişdir. Habil Bilalov ailədə 8 uşaq - 5 qardaş, 3 bacı arasında 6-cı uşaq, 4-cü oğlan övladı olub. Ucar şəhər 4 saylı 8-illik məktəbi (hazırkı şəhər 4 saylı tam orta məktəb o zaman 8 illik idi) bitirmişdir. 1987-1991-ci illərdə Bakı Dəmiryolu Nəqliyyatı Texnikumunun "Yol təsərrüfatının tikintisi və istismarı" fakültəsində təhsil alaraq "yol texniki" ixtisasına yiyələnmişdir. 10 iyun 1991-ci ildə Bakı şəhər Hərbi Komissarlığının Nərimanov rayon İdarəsindən hərbi xidmətə çağırılıb. 702 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidmətinin 2 il 2 ay 13-cü günündə--ömrünün 21 yaş,4 ay 1 günündə ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalan el oğullarından oldu.

Baş çavuş Habil Bilalov subay idi. Atası Ağalar Bilalov 17 iyul 2002-ci ildə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə