Azərbaycan Milli Xalça Muzeyində açılan “Bir ta¬leli iki insan” sərgisi çərçivəsində “UCAL” adlı mühazirə keçirilib. Muzeydən SİA-ya bildirilib ki, mühazirədə Ucal Haqverdiyevin rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə zəngin və çoxşaxəli yaradıcılığı haqqında onun həyat yoldaşı, Əməkdar rəssam Yelena Haqverdiyeva geniş məlumat verib. O, tədbir iştirakçılarına rəssamın ilk dəfə ictimaiyyətə təqdim olunan bədii tikmələri, keramika məmulatları, ağac və daş üzərində işləri barədə danışıb, onları Ucal yaradıcılığının yeni aspektləri ilə tanış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB