Dövlət başçısı tərəfindən bu insanlara qarşı xüsusi diqqət var - DEPUTAT ŞƏRH ETDİ
"Müharibə əlillərinin, veteranların, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi həmişə cənab Prezidentin diqqət mərkəzindədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu qəbildən olan insanlar arasında İkinci Dünya müharibəsi veteranları, onların ailə üzvləri İkinci Dünya müharibəsində arxa cəbhədə çalışan insanlar xüsusi yer tutur: "Həmin insanların öz dövlətləri qarşısında lazımi xidmətləri olub. Doğrudur, İkinci Dünya müharibəsi zamanı biz başqa dövlətin vətəndaşları idik, müstəqil deyildik. Amma biz faşizmə qarşı vuruşduq. Eyni zamanda arxa cəbhədə əmək fəaliyyəti ilə məşğul olaraq öz köməklərini, yardımlarını göstərdilər. Bu insanların zəhməti qiymətləndirilir.
1990-cı ilin əvvəllərində Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətdə olan zaman 9 May qələbə gününü ləğv etdilər. Bu insanların veteran və yaxud müharibə iştirakçısı olan yaxşı insanların qayğılarını, sosial müdafiələrini tamamilə lazımsız bir şey hesab etdilər. Əlbəttə ki, bu, ədalətdən, humanizmdən, hüquqdan kənar bir addımdır. Əgər, hakimiyyət dəyişmişdisə, bu insanların burada heç bir günahı yox idi. Onlar sadəcə vətəndaş borcunu yerinə yetiriblər. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yenidən 9 may qələbə günü kimi qeyd edilməyə başladı.
Bu insanlara qarşı həm cəmiyyətdə, həm də dövlət başçısı tərəfindən xüsusi diqqət və qayğı var. Cənab Prezident İlham Əliyev bu insanların mənzil və pensiya təminatı, müalicəsi, ehtiyacı olanlara nəqliyyat vasitələrinin verilməsini təmin edir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB