"Sahibkarlar Günü"nə həsr olunmuş tədbir həyata keçirilib - YENİLƏNİB - FOTOLAR
21 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin birgə əməkdaşlığı ilə Marriot Oteldə 25 aprel "Sahibkarlar Günü"nə həsr olunmuş tədbir həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin məqsədi Sahibkarlar Günü ərəfəsində AQSİA-nın ölkədəki qadın sahibkarların fəaliyyətinə dəstək xidmətləri və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində regionlarda qadın sahibkarlığın inkişafını dəstəkləyən qrant layihələr haqqında məlumatı ictimaiyyətin diqqətinə çatdırmaq olub.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, icraçı direktor Aygün Əliyeva, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Qazaxıstanın Atameken təşkilatının nümayəndəsi Saltanat Abdikarimova çıxış edərək qadın sahibkarlığın əhəmiyyəti və assosiasiyanın bu inkişaf yolunda göstərdiyi xidmətlərin təqdirə layiq olunduğunu qeyd edib.
Tədbirdə 100 nəfərə yaxın qadın sahibkar iştirak edib. Daha sonra qonaqlar üçün iftar süfrəsi təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB