Qondarma erməni "soyqırımı"na CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Qondarma erməni "soyqırımı"na CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Ermənilər qondarma "erməni soyqırımı" ilə özlərini dünyada məzlum millət kimi göstərməyə çalışırlar. Onlara qarşı soyqırımı törədildiyini iddia edirlər. Bu, Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Erməni milləti hər zaman müsəlmanlara qarşı qırğınlar törədib, soyqırımıları həyata keçiriblər. Amma özlərini elə göstərirlər ki, guya müsəlmanlar ermənilərə qarşı soyqırımı törədib. Bəs görəsən şəhər sakinləri qondarma "erməni soyqırımı" ilə bağlı nə düşünürlər. SİA olaraq sorğu keçirdik:

Şəhər sakini Təranə Zəfərova: "Ermənilər müsəlmanların hər zaman paxıllığını çəkiblər. Azərbaycan xalqı heç bir zaman belə amansızlıqlar törətməz. Onlar bu saxta "soyqırımı" "Böyük Ermənistan" dövlətini qurmaq üçün dünyaya tanıtmaq istəyirlər. Ancaq bu sadəcə bir xəyal olaraq qalacaq".

Şəhər sakini Nazlıxanım Əzizova: "Ermənistan bizim qələbəmizi həzm edə bilmir. Ona görə də hələ bu qondarma "erməni soyqırımı"nı dünyaya tanıtmaq istəyirlər. Müsəlmanlar onlara qarşı heç bir soyqırımı törətməyib. Onların məqsədi bu yalançı "soyqırımı" dünyaya tanıtmaqdır.

Şəhər sakini Xəqani Məmmədov: "Biz onlara sübut edə bilmirik ki, soyqırımını biz yox, onlar ediblər. Ermənilər həyasızcasına bu yalançı "soyqırımı" təbliğ edirlər. Guya biz erməni millətini qırmışıq. Bu onların qanında var. Düzdür bir çox dövlət onların bu qondarma "soyqırımı"nı tanımışdır. Amma haqq-ədalət öz yerini tapıb. Azərbaycan bütün dünyaya onların yalançı bir dövlət olduğunu göstərib".

Şəhər sakini Gülşən Əliyeva: "Onlar gərək birinci öz tarixlərini yaxşıca araşdırsınlar, sonra müsəlmanları günahkar saysınlar. Satqın hər zaman satqındır. Onlar da məhz satqın xalq olublar. Həmişə müsəlman aləminə təcavüz ediblər".

Şəhər sakini Əbülfəz Rzayev: "Bu, adından da göründüyü kimi qondarma "soyqırımı"dır. Kökü yoxdur bu məsələnin. Düzdür soyqırımı olub, amma bu, ermənilərə qarşı yox, azərbaycanlılara qarşı olub. Hər zaman xalqımızın başına oyun açıblar. Elə Xocalıdakı soyqırımı da bunun bariz nümunəsidir".

Şəhər sakini Natəvan Məmmədova: "Düşünmürəm ki, ermənilərə qarşı soyqırımı törədilib. Bütün dünya arxivləri açmağa hazırdır, amma ermənlər bunu etməyə hazır deyil. Ermənilər türk mənşəli xalqlara, müsəlmanlara hücum ediblər. Qubada belə kütləvi məzarlıqlar aşkar edildi. Bunları ermənilər azərbaycanlıların başına gətirib".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə