Artıq bir çox ölkələrdə karantin qaydaları yumşaldılır və məhdudiyyətlər aradan qaldırılır. Mart ayının ortalarından etibarən Avropanın bəzi ölkələrində maska və peyvənd sertifikatının tələb olunması tamamilə aradan qaldırılır və bunlar tələb olunmayacaq. Hazırki pandemiya şəraitini nəzərə alsaq, Azərbaycanda maska tələbi aradan qaldırılmalıdırmı?
SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb. Bəs, gəlin görək şəhər sakinləri ölkəmizdə maska tələbinin aradan qaldırılması ilə bağlı nə düşünür?
Şəhər sakini Şəhanə Zeynalova: “Düşünürəm ki, maska tələbi aradan qaldırılmalıdır. Çünki yoluxma sayı gündən-günə azalmaqdadır. Demək olar ki, koronavirusa yoluxanların böyük əksəriyyəti sağalıb. Bu səbəbdən düşünürəm ki, maska tələbi aradan qaldırılmalıdır”.
Şəhər sakini Yavər Mirzəliyev: “Əgər, ölkədə, dünya pandemiya şəraiti davam edirsə, yəni hələ də koronavirus mövcuddursa, maska tələbi yığışdırılmamalıdır. Çünki bu virus hələ tam bitməyib. Heç kim bilə bilməz ki, təsadüfən yanından keçən insan sağlamdır, ya da virusa yoluxub. Elə bu səbəbdən düşünürəm ki, maska tələbi yığışdırılmamalıdır”.
Şəhər sakini Sabina Babayeva: “Düşünürəm ki, maska tələbi aradan qalxmalıdır. Amma qapalı məkanlarda maska istifadə edilməsi tələbi yığışdırılmamalıdır. Çünki koronavirusa yoluxanların sayı qismən azalsa da, hələ də virus bitməyib. Düşünürəm ki, maska tələbi tamamilə aradan qalxsa yenidən əvvəlki vəziyyətə düşə bilərik. Bu səbəbdən düşünürəm ki, maska tələbi aradan qalxmamalıdır”.
Şəhər sakini Tural Hüsyenov: “Düşünürəm ki, artıq maska tələbi aradan qaldırılmalıdır. Artıq 2 ildən çoxdur ki, pandemiya bütün dünyanı cənginə alıb. Yavaş-yavaş normal həyata geri qayıdırıq. Bu səbəbdən məncə maska tələbi də yığışdırılmalıdır”.
Şəhər sakini Lalə Mehdiyeva: “Məncə, maska tələbi aradan qaldırılmalıdır. Gündəlik koronavirusa yoluxma sayı və ya koronavirusadan sağalanların sayı göz qabağındandır. Yoluxma sayı gündən-günə daha da azalmaqdadır. Bu səbəbdən düşünürəm ki, maska tələbi də yığışdırılsa, daha yaxşı olar”.
Şəhər sakini İradə Məlikova: “Maskanın tamamilə götürülməsinin tərəfdarıyam. Çünki bəzi hallarda haqsız yerə insanlar cərimələnir. Onlardan biri də mənəm. Küçədə maska taxmaq tələbi qüvvədə olan vaxt səhhətimlə bağlı xəstəxanaya gedərkən xəstəxananın girişinə 6 metr qalmış maskanı çıxartdım və məni cərimələdilər. Bu səbəbdən düşünürəm ki, maska tələbi aradan qaldırılmalıdır”.
Şəhər sakini Telman Quliyev: “Fikrimcə, maska tələbi aradan qaldırılmalıdır. Çünki səhhətimlə əlaqədar maska taxanda nəfəs ala bilmirəm. Maka taxmaq səhhətimi daha da pisləşdirir. Bu səbəbdən maska tələbi tamamilə yığışdırılmalıdır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB