Qarabağ atları ilə bağlı yeni layihə - VİDEO

Qarabağ atları ilə bağlı yeni layihə - VİDEO

Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının toxum kreobankı yaradılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ Atçılıq Kompleksindən gətirilmiş cins atlardan süni vagina vasitəsilə toxum alınıb. Alınan toxum nümunələri mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb.

Atların süni mayalandırılması məqsədilə mərkəzdə respublikanın müxtəlif rayonlarından gələn baytarlara və süni mayalanma texniklərinə təlim keçirilib. Rusiyadan dəvət olunan xarici mütəxəssis tərəfindən keçirilən təlimlər 5 gün davam edib.

Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial kreobankının yaradılmasına həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, bu sahə üzrə çalışan mütəxəssislər və fermerlər iştirak edib. Bildirib ki, cins atlardan süni yolla biomaterial nümunələrinin alınması və toxum bankının yaradılması yaxın gələcəkdə Qarabağ atlarının baş sayının çoxalmasına ciddi təsir göstərəcək.​

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə