Ağstafalı şəhidin ildönümü qeyd edilib - VİDEO

Ağstafalı şəhidin ildönümü qeyd edilib - VİDEO

Ağstafa rayonun Pirili kəndində şəhid İlkin Bayramovun ildönümü qeyd edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin döyüş yoldaşları, ictimaiət nümayəndələri və məktəblilər iştirak edib. Mərasim iştirakçıları öncə şəhidin məzarını ziyarət edib, önünə çiçək dəstləri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, İlkin Bayramov 11 avqust 2001-ci ildə Ağstafa rayonunun Pirili kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. 2021-ci il aprelin 16-sı şəhidlik zirvəsinə ucalıb. Öz doğma Pirili kəndində torpağa tapşırılıb.

Şəhidin ailə üzvləri onunla fəxr etdiklərini bildiriblər.

Ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən İlkin Bayramov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə