Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?

"Aprelin 20-si axşam Qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, güclü şimal qərb küləyi əsib".

Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi yerlərdə 23-28 m/s-dək güclənib: "Respublikanın şimal rayonlarında yağıntılar intensiv xarakterli olub və yağıntıların miqdarı bəzi rayonlarda 12 mm-dək olub.

Bu gün gün ərzində də güclü şimal-qərb küləyinin əsəcəyi və yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Artıq 21-i axşam saatlarında müşahidə olunan qeyri-sabit yağıntılı və küləkli hava şəraiti tədricən zəifləyəcək. Aprelin 22-də və 23-də ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz olacağı gözlənilir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə