Əlilliyi olan şəxslərin əl işlərinin sərgi-satış portalı yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə əlilliyi olan şəxslərin əl işlərinin sərgi və satışının təşkili üçün portal yaradılır. ƏƏSMN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, portal əlilliyi olan istedadlı şəxslərə bu platforma vasitəsilə yaradıcılıq nümunələrini həm nümayiş etdirmək, həm də satışını həyata keçirmək imkanı verəcək.

Məqsəd bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq potensiallarının stimullaşdırılmasına, həmin şəxslərin cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.

Portalın hazırlanması işləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən koordinasiyalı şəkildə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə