Uşaqlarda sidik qaçırmanın səbəbləri AÇIQLANDI - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

Uşaqlarda sidik qaçırmanın səbəbləri AÇIQLANDI - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Altını islatma elmi dildə "Enurez" deməkdir. Ümumi olaraq hər bir ölkədə aktual problemdir. "Enurez"in 2 növü vardır". Bu fikirləri psixoloq Cəmilə Abbasova bildirib.

Onun sözlərinə görə, gündüzlər sidik qaçırma, anidən tualet ehtiyacı yaranırsa və tualetə yetişə bilmədən sidik qaçırma görülürsə, kəsik-kəsik işəmə olursa, davamlı olaraq qəbizlik şikayətləri ilə birgə "enurez" varsa bu qeyri-monosimptomatik "enurez" adlanır: "Əgər heç bir şikayət yoxdursa və yalnız gecələr sidik qaçırma varsa, bu isə monosimptomatik "enurez" adlanır. Psixoloji yanları odur ki, adekvat əzələ inkişafı və 2-3 yaşından nəzarət olmadan ağır tualet vərdişi yaranır.

Valideynlərin aqressiv münasibəti, bacı-qardaş qısqanclığı və ya yeni uşağın doğulması, məktəbə başlama, yaxının itkisi və ya çətin vəziyyətlərdə keçmişə qayıtma, ailədaxili konfiliktlərin əsasında yaranan ünsiyyət pozuntuzu və s. kimi sarsıdıcı problemlər əsasında yaranır. Mərkəzi sinir sisteminin pozğunluğu isə fiziki səbəblərdəndir. Böyrək və ifrazat yollarında anadangəlmə pozğunluqların olması, sidik yollarında infeksiyanın olması, uşaqlarda zehni inkişaf geriliyi və s. kimi problemlərdən yaranır.

Əgər fiziki problemdirsə həkim müayinəsində olmalı və dərman müalicəsi yazılmalıdır. Əgər psixoloji problemdirsə psixiatr və ya psixoloq dəstəyi almalıdır. 2-3 yaşında tualet verdişi ilə əlaqəli çox sıxmağa, altını islatdığı zaman cəza verməməyə ehtiyac yoxdur. Gecə tualet üçün oyatdıqda tam oyandığına, ayaqların üşüməməsinə xüsusi diqqət edilmək lazımdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə