Heyvanlar insanın vəfalı dostlarıdır. Onlar sahibini qarşılıq gözləmədən sevirlər. Bir çox insan ev heyvanlarının onların həyatında müsbət dəyişikliklərə səbəb olduğunu bildirirlər. Bəziləri heyvanlarla yaşamağın daha rahat olduğunu bildirirlər. Lakin bəzi insanlar isə ev heyvanlarının uğursuzluq gətirdiyini, onların həyatında pis şeylərin baş verməsinə inanırlar. Bu batil inanclara inananlar az deyil. Bəs görəsən şəhər sakinlərinin heyvanların uğursuzluq gətirməsi ilə bağlı fikirləri necədir? SİA olaraq sorğu keçirdik:
Şəhər sakini Gülnaz Qasımova: "Düşürəm ki, heyvanların insanlara heç bir ziyanı olmur. Heyvanların uğursuzluq gətirdiyini düşünənlər sadəcə bəhanə edirlər. Heyvanlar insanların ən yaxın dostlarıdır. İtlər qədər vəfalı heyvan yoxdur. Məncə, belə düşünən insanlar tənbəlliklərindən belə deyirlər. Heyvanlara baxmaq biraz məsuliyyətli işdir. Ona görə belə deyirlər".
Şəhər sakini Hafiz Bəşirov: "Bir çox ailələr fikirləşirlər ki, tutuquşu, dovşan və ya balıq kimi heyvanlar onlara uğursuzluqlar gətirir. Amma bu belə deyil. Sadəcə onlar bunu çox düşündükləri üçün elə hesab edirlər. Amma heyvanların uğursuzluq gətirdiyini düşünmürəm. Əksinə onlar insana rahatlıq hissi verirlər".
Şəhər sakini Mirvari İbrahimova: "Bu düşüncələr absurd düşüncələrdir. Heyvanların heç bir zərəri yoxdur. Əksinə düşünürəm ki, heyvanlar uğur gətirir. Ola bilər ki, heyvanları sevmirlər deyə belə fikirləşirlər. İnsanlar bir şeyi beyinlərinə saldıqda belə hallarla rastlaşırlar".
Şəhər sakini Ruslan Məmmədov: "Düşünürəm ki, belə insanların psixologiyasında problemlər var. Ona görə belə düşünürlər. Heyvanların heç bir ziyanı yoxdur. Bəlkə də onlar qədər məsum varlıqlar yoxdur".

Şəhər sakini Yaşar Yaqutov: "Mən düşünmürəm ki, heyvanlar insanlara uğursuzluqlar gətirsin. Heyvanlar insanın dostudur. O vaxtlar həyət evlərində itlər dolu olurdu. Hər məhəllədə 10-15 dənə pişik olurdu. İndi insanlar heyvan saxlaya bilmirlər deyə belə fikirləşirlər".
Şəhər sakini Nicat Aslanov: "Mən özüm pişik saxlayıram. Heç bir uğursuzluğunu görməmişəm. Belə düşünən insanlar bəlkə də heyvanları sevmirlər. Amma elə insanlar da var ki, heyvanları sevsələr də bir şeyə çox inandıqları üçün belə düşünürlər."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB