Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq. “Azərişıq” ASC-dən SİA-ya bildirilib ki, layihə çərçivəsində Salyanın Babacanlı qəsəbəsinin və Kür Qaraqaşlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub. Bu kəndlərdə ötən əsrin 50-60-cı illərində qurulmuş enerji təsərrüfatı artıq yararsız vəziyyətdə idi.
Babacanlı qəsəbəsində ümumilikdə 10 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 13 kilometrdən çox 10 kV-luq, 28 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti yenilənib. 1171 abonenti olan bu 2 yaşayış məntəqəsində elektrik sayğacları dəyişdirilib.
Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndi ilə yanaşı, Salyanın Beşdəli, Cəngən, Xocalı və Qardaşbəyli kəndləri də bu layihədə yer alıb.
Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB