Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olub. Bildiyimiz kimi Dünya Azərbaycanlılarının V Qurultayı bu il Şuşada keçiriləcək.
SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib. Bəs gəlin görək, onlar qurultayın əhəmiyyətini necə dəyərləndirirlər?
Şəhər sakini Ağa İsrafilov: “Şuşanın yeri bizim üçün həmişə ayrı olub. Şuşanın işğaldan azad olunması hər bir azərbaycanlı üçün çox qürurverici bir hissdir. Mən özüm də Vətən müharibəsinin iştirakçılarından biriyəm. Xüsusilə Şuşanın azad olunması və bu gün orada bir çox beynəlxalq tədbirlərin təşkil olunması mühüm əhəmiyyət kəsb edir. Dünya azərbaycanlılarının V qurultayı bu il Şuşada keçiriləcək. Bu dünyadakı bütün azərbaycanlılar üçün çox böyük əhəmiyyət kəsb edən bir hadisədir”.
Şəhər sakini Aysel Quluzadə: “Şuşa Azərbaycanın mədəniyyət ocağıdır. Bildiyimiz kimi Şuşanın işğaldan azad olunması hər bir azərbaycanlı üçün çox qürurverici bir hadisə idi. Bu gün Şuşa azaddır və Şuşada dövlət əhəmiyyətli tədbirlər keçirilir. Bu il dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi həmçinin qarşı tərəfə bir gözdağıdır”.
Şəhər sakini Vəli Nəsibov: “Əlbəttə Şuşanın, ümumilikdə Qarabağın işğaldan azad edilməsi bütün dünyaya birdaha sübut etdi ki, Azərbaycan çox güclü bir dövlətdir. Bu 30 il ərzində Ermənistan bizim torpaqlarımızı darmadağın edib. Bu gün isə həmin torpaqlarımız işğaldan azaddır və günü-gündən abadlaşır. Şuşa günü-gündən Azərbaycanın gözəl guşələrindən birinə çevriləcək. Bu gün Qarabağda bir çox tədbirlər keçirilir, təşkil olunur. Dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi bütün dünyaya bir mesajdır”.
Şəhər sakini Kəmalə Vəliyeva: “Şuşada dünya azərbaycanlılarının V qurultayının keçirilməsi çox qürurvericidir. Biz çox sevinirik və qürur duyuruq. Çünki Şuşanı biz işğaldan azad etdik. Şuşada bu gün abadlıq-quruculuq işləri aparılır. Şuşa günü-gündən gözəlləşir. Düşünürəm ki, tezliklə Şuşa təkcə Azərbaycanın yox, bütün dünyanın mədəniyyət paytaxtına çevriləcək”.
Şəhər sakini Novruz Əsədov: “Bir azərbaycanlı fəxr edirəm ki, Şuşa artıq bizimdir. Şuşa işğaldan azad edilərkən biz hədsiz sevindik. Bu gün Şuşada bir sıra tədbirlər keçirilir. Artıq bütün dünya bir daha əmin oldu ki, Qarabağ Azərbaycanındır”.
Şəhər sakini Sara Əbilova: “Dünya azərbaycanlılarının V qurultayı bu gün Şuşada keçiriləcək. Düşünürəm ki, bu bütün dünyadakı azərbaycanlılar üçün qürurverici bir hissdir. Biz tezliklə Qarabağa da qayıdacağıq. Bu gün Şuşada keçirilən tədbirlər Ermənistan tərəfinə də bir növ gözdağıdır”.
Şəhər sakini Novruz İsmayılov: “Artıq bütün dünya da anladı ki, Qarabağ Azərbaycanındır. Şükürlər olsun ki, 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdik. Biz bu gün Qarabağa rahat bir şəkildə gedib-gələ bilirik. Dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi hər bir azərbaycanlı üçün böyük bir əhəmiyyət kəsb edir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB