“Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB-FOTOLAR
Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasimi təşkil edilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Milli Kitabxanasında keçirilib. Tədbirdə azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü Ramiz Əskər, Millət Vəkili Qənirə Paşayeva, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət, rəssam Arif Hüseynov və digər ziyalılar iştirak edib.
Tədbirdə azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü Ramiz Əskər deyib ki, Məhəmməd Babaxan Şərif Özbəkistanın ən məşhur ziyalılarından biridir: "O, uzun müddət Qafur qulan nəşriyyatının direktoru olub. Həmçinin də çox sanballı adamdır.
Babaxan Şərifin özbək ədəbiyyatında çox böyük xidmətləri var. Məsələn, sadəcə türk dilindən özbək dilinə 15-ə yaxın roman kitab tərcümə edib. Biz 2009-cu ildən onunla əməkdaşlıq edirik
Ramiz Əskər qeyd edib ki, o vaxt Babaxan Şərifin tərtib etdiyi kitab vardı. Kitabın adı 20-ci əsr özbək şeiri antologiyasıdır. Onlar isə buna şeiriyyat deyir. Çünki poeziya sözünü işlətmirlər. Həmçinin klassik sözündən də istifadə etmirlər. Ona da mümtaz deyirlər.
20-ci əsr özbək şeiri antologiyasını o tərtib etdi. Mən isə onu tərcümə etdim. Xarəzm dili Azərbaycan dilinə çox yaxındır. O qədər yaxındır ki, o vaxtı deyiblər ki, gəlin Xarəzm dilini ədəbi özbək dili kimi qəbul edək. Daşkənd razı olmayıb”.
Millət Vəkili Qənirə Paşayeva isə kitab haqqında olan fikirlərini bu cür qeyd edib: "Siz bu məclisə Şuşanın qoxusunu gətirdiniz. O insanlar xoşbəxtdirlər ki, onlar öz öykülərinin bir hissəsini həyata keçdiklərini görürlər. Onlar çalışırlar ki, bu öykü bir gün gerçəkləşəcək.
Siz xoşbəxt adamsınız ki, Şuşaya getdiniz, həm də işğal altında olan Şuşaya deyil, işğaldan azad etdiyiniz Şuşaya. Ali Baş Komandanımızın rəhbərliyi ilə nur içində yatmış şəhidlərimiz və qazilərimizi hər zaman sevgi ilə anacağıq.
Babaxan Şərif mənim üçün o adamlardan biridir ki, bəzi adlar var mən bunlara baxanda Turan görürəm. O insan elə Turanı simvolizə edir. Babaxan Şərif bu insanlardandır".
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov: "Bu gün Babaxan müəllim bizə kitabı ilə qonaq gəlib. Kitab Azərbaycan şairləri və ziyalılarına həsr olunub.
Bu gün burada aktiv rol oynayan Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu xüsusilə qeyd etməliyik.
Babaxan müəllimin burada olması Millət Vəkili Qənirə Paşayevanın ona olan böyük hörmətinin nəticəsidir. Bütün bunlar hamısı gələcəkdə türk dünyasının parlaq olmaslna nümunədir".
Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə fikirlərini bu cür ifadə edib: "Mənim üçün də çox sevincli bir gündür. Biz Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada çox tarixi bir tədbirin, Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə şairlər məclisinin açılışını etdik. Xan qızı Natəvanın sarayının qarşısında çiçəklər düzdük və tədbirdə hər iki xalqın şairləri iştirak etdilər. Bizim yazıçılar birliyi çox gözəl şəkildə təmsil olundu. Çox gözəl tədbirlər oldu. Muğam ustalarımız orada çıxış etdilər və ən əsası isə iki əsrdən sonra bizim o şairlər məclisi Qarabağımızda, gözəl Şuşamızda oldu.
2022-ci ili Şuşa ili ilə bağlı gözəl bir il oldu. Biz qərara aldıq ki, bu şairlər məclisi gələcəkdə bütün türk dünyası əhatə etsin və bütün türk dünyasının şairlər və yazıçıları bu tədbirə qoşulsunlar.
Biz bu yaxınlarda Şuşa ili ilə bağlı çox gözəl bir təmtəraqlı tədbir təşkil etdik. Özbəkistanda Azərbaycan mədəniyyəti günləri təşkil olundu".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB