Babaxan Şərifin özbək ədəbiyyatında çox böyük xidmətləri var - EKSKLUZİV

Babaxan Şərifin özbək ədəbiyyatında çox böyük xidmətləri var - EKSKLUZİV

“Məhəmməd Babaxan Şərif Özbəkistanın ən məşhur ziyalılarından biridir. O, uzun müddət Qafur qulan nəşriyyatının direktoru olub. Həmçinin də çox sanballı adamdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasimində azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü Ramiz Əskər deyib.

Onun sözlərinə görə, Babaxan Şərifin özbək ədəbiyyatında çox böyük xidmətləri var: “Məsələn, sadəcə türk dilindən özbək dilinə 15-ə yaxın roman kitab tərcümə edib. Biz 2009-cu ildən onunla əməkdaşlıq edirik”.

Ramiz Əskər sözlərinə belə davam edib: “O vaxt Babaxan Şərifin tərtib etdiyi kitab vardı. Kitabın adı 20-ci əsr özbək şeiri antologiyasıdır. Onlar isə buna şeiriyyat deyir. Çünki poeziya sözünü işlətmirlər. Həmçinin klassik sözündən də istifadə etmirlər. Ona da mümtaz deyirlər.

20-ci əsr özbək şeiri antologiyasını o tərtib etdi. Mən isə onu tərcümə etdim. Xarəzm dili Azərbaycan dilinə çox yaxındır. O qədər yaxındır ki, o vaxtı deyiblər ki, gəlin Xarəzm dilini ədəbi özbək dili kimi qəbul edək. Daşkənd razı olmayıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə