Burada da əsas tələblərdən biri media reyestrna daxil olmaqdır - MEDİA RƏSMİSİ AÇIQLADI
"Media reyestrinin aparılması qaydalarının, jurnalist vəsiqələrinin və media reyestrinin şəhadətnaməsi formasının ilkin layihəsi artıq hazırlanıb". Bu sözləri SİA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.
Onun sözlərinə görə, hazırda müvafiq qurumlarla müzakirələr aparılmaqdadır: "Düşünürük ki, müəyyən edilmiş müddətdə media reyestrinin həyata keçirilməsinə nail olacağıq. Yalnız media reyestri işə düşdükdən sonra resyestra daxil olan media subyektləri və jurnalistlər müəyyən güzəştlərdən yararlana biləcəklər. Bu güzəştlərdən də biri güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Burada da əsas tələblərdən biri media reyestrinə daxil olmaqdır. Fərmanda qeyd olunduğu kimi, Media reyestrı isə 6 ay müddətində formalaşdırılacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB