Qanunsuz küçə ticarəti ilə məşğul olanlar - DİQQƏT! - DİN RƏSMİSİ AÇIQLADI

Son günlər respublika ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olanların sayı getdikcə artır. Bəzi səyyarların müəyyən məhsulu satmağa icazələri olur. Lakin elə məhsullar var ki, onları icazəsiz, qanunsuz şəkildə satmaq olmaz.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev SİA-ya açıqlamasında bildirib ki, qaydalara əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda - evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və digər yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, digər ərzaq və başqa mallarının satılmasına yol verilmir: "Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin, xidmətlərin görülməsinə görə inzibati xətalar məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq şəxs barədə səksən manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə