Bakı şəhəri Xəzər rayon sakini olan yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumat Ombudsman tərəfindən araşdırılır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi, həmçinin qızın ailə üzvü ilə əlaqə saxlanılıb. Aparılmış ilkin araşdırmaya əsasən, ananın və uşağın vəziyyətinin qənaətbəxş olduğu məlum olub.
Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır və məsələ Ombudsmanın nəzarətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB