“Vərdişlərimiz psixoloji problem deyil. Bu bizim hər birimizdə həyata bələdləşmə dövründə formalaşan bir prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.
Onun sözlərinə görə, vərdişlər bizim xaricdən əldə etdiyimiz informasiyalarının fikir əməliyyatlarına çevrilməsi bacarığıdır: “Biz isə buna artıq vərdiş etməyə başlayırıq. Uşaq ikən böyüklərimiz, əhatəmiz tərəfindən hansı informasiyalarla əhatə olunuruqsa, o, artıq bizdə vərdişə çevrilir. İnsanın fəaliyyəti prosesində vərdiş yaranır. Uşaqlıqdan başlayarkən müəyyən vərdişlərimiz formalaşır. Bu isə bizdə qismən formalaşmaq və avtomatlaşmağa başlayır. Fəaliyyət prosesində avtomatlaşan fəaliyyətlərimizə vərdiş deyirik. Biz müəyyən bir fəaliyyətimizi həyata keçirmək üçün mütləq şəkildə nəyəsə vərdiş etməyimiz lazımdır. Biz ona vərdiş etməsək, fəaliyyətimizi həyata keçirib, icra etmək asan olmayacaq. Buna görə insan hər bir üzləşdiyi situasiyada özünün vərdişlərindən istifadə edir. Bu istiqamətdə hər zaman qarşımıza qoyduğumuz hər hansı bir məqsədə çatmaqda avtomatlaşan xüsusiyyətlərimiz bizə yardımçı olur.
Eyni zamanda vərdişlərimiz də yaxşı və pis olaraq iki yerə bölünür. Bəzən biz vərdişlərimizi aludəçilik halına gətirir və onu ifrat dərəcəyə çatdıra bilərik. Biz bunu müəyyən qədər fəaliyyət zamanı asılılıq halına çeviririk. Asılı olduqca da artıq o vərdişlər bizdə möhürlənir. Amma vərdişlərin də tərbiyə olunması prosesi var. İnsan istəsə özündə hər hansısa pis vərdişləri tərbiyə edə bilər. Pis vərdişləri aradan qaldırmaq üçün onun nə qədər dərinləşməsi mühüm xarakter kəsb edir. Əgər insanın özünə və ətrafına ziyan verən hər hansısa bir davranış artıq avtomatlaşaraq vərdiş çevrilibsə, onun fəaliyyəti prosesinə çox mənfi təsir göstərir.
İnsan həyatının gedişi boyunca müəyyən vərdişlərə sahiblənir. Əgər insan nəyəsə həddindən artıq çox bağlanır və aludə olursa, bu da təbii ki, onun fərdi yanaşmasından irəli gəlir. Bunu isə aradan qaldırmaq mümkündür”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB