Gələcəkdə dini sahədə aparılan işlər daha da artacaq - MÜNASİBƏT BİLDİRİLDİ
“Ölkə başçısı İlham Əliyev bu günlərdə Azərbaycan İlahiyyat İnstitutunun açılışında iştirak edib və orada yaradılan şəraitlə yaxından tanış olub”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.
Onun sözlərinə görə, yeni yaradılan binada müsəlmanlarla yanaşı, həmçinin bütün konfenssiyalar üçün təhsil almaq imkanı yaradılıb: "Azərbaycanın dinlə məşğul olan vətəndaşları təhsil almaq üçün xaricə üz tuturdular. Artıq buna ehtiyac yoxdur. İlahiyyat İnstitutunda təhsil alaraq bu sahədə özlərini inkişaf etdirə bilərlər. Cənab Prezident bu məsələlərə böyük diqqət ayırır. İlahiyyat İnstitutunda geniş kitabxanalar, böyük sinif otaqları, qadınlar və kişilər üçün namaz otaqları, dəstəmaz və mətbəə otaqları yaradılmışdır. Bundan əlavə bir çox ictimai fənlərin kafedraları fəaliyyət göstərəcək. Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanması ilə bağlı ciddi tədbirlər həyata keçirilib. Elmi işlərin görülməsi üçün böyük şərait yaradılıb. Bu cür tədbirlərin həyata keçirilməsi təbii ki, təqdirəlayiqdir. Bütün sahələrdə olduğu kimi dində də bu cür islahatların aparılması olduqca ürəkaçandır. Gələcəkdə xalqın dini elmə yiyələnməsinə böyük tövsiyyə verəcək. Düşünürəm ki, gələcəkdə dini sahədə aparılan işlər daha da artacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB