"Qarabağı işğaldan azad görməkdən çox məmnun və qürurluyuq"

Şagirdlərlə birgə Şuşada olan N.Qayıqçı söyləyib...
"Qarabağı işğaldan azad görməkdən çox məmnun və qürurluyuq"

“Şagirdlərimlə prezident İlham Əliyevə yazdığımız məktubdan sonra dövlətinizin başçısı tərəfindən Azərbaycana dəvət edildik. Burada olmaqdan, tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu görməkdən çox məmnun və qürurluyuq”. Bu barədə Azərtac informasiya agentliyinə açıqlamasında Füzuli Aeroportunda Türkiyənin Kastamonu rayonunun ibtidai sinif müəllimi Naim Qayıqçı deyib. O, Kastamonunun Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdlərini müşayiət edir. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Şagirdlərlə birgə Şuşada olan N.Qayıqçı söyləyib: “Şuşaya verilən dəyərdən, orada görülən işlərdən aydın olur ki, Azərbaycan Qarabağı yenidən dirçəldəcək. Qarabağa baxdığımız zaman düşmənin bu torpaqlardan tezliklə qovulacağını dərk etdiyini görmək mümkündür. Buna səbəbdən hər yer talan edilib, daş üstündə daş qalmayıb”.

Burada göstərilən münasibət və qonaqpərvərliyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edən N.Qayıqçı şagirdlərinin gördükləri mehriban münasibəti ölkələrinə qayıtdıqdan sonra oradakı dostlarına danışacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə