12 aprel 2022-ci il tarixdə cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə dövlət başçımız İlham Əliyev giriş nitqində ilin üç ayinin arxada qaldığını və bu üç ayda görülmüş işlərdən, eyni zamanda, ilin sonuna qədər olan planlar haqqında məlumat verib. Qeyd edib ki, bu ilin üç ayı ərzində ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Üç ayın yekunlarının keçən il əldə edilən uğurların davamı olduğunu söyləyib.
Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələrin göz qabağında olduğunu söyləyib.
BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir. BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. 30 il ərzində BMT-nin imzaladığı bəyannamələr kağız üzərimdə qalmışdır. Biz münaqişəni sülh yolu ilə həll etmək isdəyirdik, ancaqbu mümkün olmadı. Azərbaycanımızın vətənpərvər, qeyrətli oğulları sayəsində biz torpaqlarımızı düşməndən 44 gün ərzində azad etdik. Biz ordumuzla fəxr edirik.
İslam əməkdaşlıq təşkilatı işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar və qətnamələr qəbul etmişdir. ATƏT-də yeni reallıqları tam qəbul edib.
Biz heç vaxt işğalı unutmamalıyıq,erməni vəhşiliyini unutmamalıyıq.Bu gün Aərbaycan güclü dövlətdür. Ermənistan isə zəif dövlətdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir.
İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hazırda həm aparılan islahatlar, həm də şəffaflıq, həm kadr islahatları nəticəsində, eyni zamanda, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var.
Qələbədən sonra iqtisadiyyat daha da dirçəlmişdir. İqtisadi göstəricilərimiz çox müsbətdir. Ümumi məhsul 6,8% artıb. Qeyr-neft sənaye istehsalında iqtisadiyyatımız 10%-dən çox artıb.Xarici ticarət dövriyyəmiz 60%-dən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Azərbaycan dünya bazarında bir çox məhsulların istehsalına görə, aparıcı yerlərdən tutur.
Büdcənin icrası ilə bağlı məlumatları maliyyə naziri Samir Şərifov verdi. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3% və yaxud 418 milyon manat artıqlması ilə icra olunmuşdur və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil etmişdir.
Bütün bu müsbət göstəricilər bir daha sübut edir ki, Prezidentimiz Cənab İlham Əliyev uzaqgörən dövlət başçısıdır. Biz Cənab Prezidentimiz sayəsində daha çox uğurlara imza atacağıq. Yaşasın Azərbaycan, Yaşasın Prezidentimiz.
Günel Rəsulova, Masallı şəhər 7 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB