Evdəki pis qoxulardan qurtulmaq üçün ətir və spreylərdən daha çox istifadə olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunların heç biri qalıcı deyil. Evinizi tərk etməyəcək və hər zaman sizə yüksək enerji bəxş edəcək təravətli qoxuları təbii üsullarla da etmək olar. Bu üsullar hansılardır?
1. MİXƏK
Ayaqqabılar, çəkmələr və idman ayaqqabıları tərlə qarşılıqlı təsirə girdiyi üçün onlardan pis qoxular gəlir. Amma mixəkdən istifadə etsək problemdən qurtula bilərik. Bu ədviyyatı salfetə büküb ayaqqabının və ya çəkmənin içərisinə yerləşdirmək kifayətdir. Çünki mixək artıq nəmi udur və ətirini ayaqqabılara yayır.
2. ŞAM
Şamlar yalnız rahat bir atmosfer yaratmır, eyni zamanda xoşagəlməz qoxuları neytrallaşdırır. Bunun üçün yalnız aroma şamlarından istifadə etmək lazım deyil. Qoxusuz bir şamdan da istifadə etmək olar.
3. LİMAN və ya KARTOF
Balıq yeməyi nə qədər sevsək də, onun qoxusu uzun müddətli şəkildə bizimlə qalır. Təəssüf ki, bu məhsulun bişirərkən onun xoşagəlməz ətri bütün mətbəxə və hətta bütün evə yayılır. Qoxunu əhəmiyyətli dərəcədə azaltmaq üçün bişməzdən əvvəl balığı limon suyu ilə ovuşdurmaq və tavada qızardarkən bir neçə dilimlənmiş kartof ilə etmək məsləhətdir. Çünki bu iki tərəvəz bəzi xoşa gəlməz qoxuların qarşısını alacaq.
4. SABUN
Şkaflarda kif qoxuları rütubətin olması və havalandırmanın edilməməsi səbəbindən yaranır. Buna görə də paltarları şkafa qoymazdan əvvəl tam quruduğundan əmin olmalısınız. Bunun üçün ətirli sabunu bir parçaya sarın və paltarın yanına qoyun.
5. DİŞ MƏCUNU
Bir çoxumuz naharı daşımaq üçün plastik qablardan istifadə edirik və zaman keçdikcə onlardan pis qoxu gəlməyə başlayır. Bu problemdən xilas olmaq üçün bir süngər az miqdarda diş məcunu ilə plastik qabınızı yuyun. Bunun üçün qəzetlərdən də istifadə edə bilərsiniz. Bir neçə əzilmiş qəzet parçasını quru bir qaba qoyun, qapağı bağlayın və bir gecədə saxlayın. Bu zaman bütün pis qoxular gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB