İnsan tarix boyu istər özü, istərsə də ətrafı ilə əlaqədar bilmədiklərini anlayıb kəşf etməyə, gələcəyin nələr gətirəcəyini əvvəlcədən öyrənməyə və beləliklə, öz həyatına hökm etməyə çalışıb. İnsan bilmədiklərini və sirli olanı öyrənmək üçün müxtəlif metodlardan istifadə edir. Zaman keçdikcə insanların bu tələbatını təmin etmək məqsədilə bu işi ixtisas halına gətirən və cəmiyyətdə böyük etibar qazanan şəxslər ortaya çıxıb. Özünü cadugər, falçı, baxıcı kimi adlandıran bu şəxslər görünməyən məxluqlarla əlaqə qurduqlarını və yaxud təbiətdəki bəzi varlıqların, əşyaların vəziyyətini və davranışlarını yozduqlarını iddia edirlər. Bəs cəmiyyətdə fala inan insanlarmı yoxsa inanmayan insanlarmı çoxluq təşkil edir? Falla bağlı hansı maraqlı hadisələr baş verib? Suallarımıza cavab tapmaq və şəhər sakinlərinin mövzu ilə əlaqədar olaraq fikirlərini öyrənmək məqsədi ilə SİA sorğu keçirtdi.

Şəhər sakini Aytən Əhmədova: “Mən özüm fala inanmıram. Lakin ömrümdə bir dəfə sadəcə maarq üçün getmişəm. Onda da, falçının dedikləri bəzi şeylər doğru olsa da, gələcəklə bağlı dediyi hər bir şey yalan çıxdı. İnsanların çoxu fala inanır. Bunun əsas səbəbi insanların eşitmək istədiklərini başqası tərəfindən təstiq olunmasını istəyir. 6-ci hissi güclü olan insanlar tanıyıram. Amma 6-cı hiss ilə falçılıq etmək eyni şey deyil. Günümüzdə bir çoxları insanların həyatında müəyyən şeyləri dəyişdirəcəyinə inandırıb onlardan müəyyən qədər pul alır. Ona görə də fal deyərkən insanların ağlına fırıldağçılıq gəlir”.
Şəhər sakini İdris Cəfərov: “İnsanların çoxu fal edərkən xoşbəxt olur. Mənə görə fallar heç inandırıcı deyil. Lakin fala inanan insanlara da bir şey deyə bilmərəm. Dinimizdən də məlum olduğu kimi fallara inanmaq lazım deyil. Hətta bununla bağlı hər hansı kitabda məlumat və onun doğruluğu barədə fikirlər yoxdur. Fikrimcə, falın özü də mentailetlə bağlıdır. Hətta deyərdim ki, insnalar fala inanmaqla yanaşı oradan aldıqları məlumatı öz həyatlarında əks etdirirlər. Bu isə heç düzgün deyil”.

Şəhər sakini Murad Cəfərli: “Fala inanmağın bir çox səbəbləri var. İnsanların çoxu qatı şəkildə dinə inandığı kimi fala da eyni şəkildə inanır. Bunun əsas səbəbi insnalarımızın sosial şəkildə inkişaf etməməsinin nəticəsidir. İnsan əgər savadlı və dünyagörüşlü olsa başa düşər ki, hər şey onun öz əlindədir. Lakin əksi olanda insan hər zaman birisi tərəfindən onun həyatına müdaxilə etməsini gözləyir. Bunun özü də bir çox ailələrdə faciələrə səbəb olur. Hətta müasir dövrdə bəzi falçı adı altında fəaliyyət göstərən insanlar sosial şəbəkələrdə özlərinə səhifə yaradır və pulla özünü reklam etdirir. Düşünürəm ki, bu çox acınacaqlı bir haldır”.
Şəhər sakini Ceyhun İslamlı: “İnsanların fala inanması cahiliklərindən əmələ gəlir. Mən ümumilikdə fala qətiyyən inanmıram. İnsanlar hər zaman nəyəsə inanmaq istəyirlər. Çünki bu bizim genetik kodumuzdan belə yaranıb. Hər zaman nəyisə ilahiləşdirib ondan aslı hala düşürük. Ümumilikdə isə deyə bilərəm ki, hər zaman fala inanmaq mövzusu öz aktualığını qoryuyub, saxlayır. Çünki bu elə bir şeydir ki, insandan-insana dəyişir. Hər şeyi araşdırıb, öz keçmişindən xəbəri olan insan fala inanmaz”.

Şəhər sakini Mədinə Şalıyeva: “Fikrimcə, zaman keçdikcə insanlar artıq allahın köməyin inanmır və bunun nəticəsi olaarq şeytana allanır. Bunun nəticəsi olaraq da, başqa qüvvələrin gücünə inanaraq, digər əməllər edirlər. Ancaq deyə bilərəm ki, fallar dində qəbul edilməzdir və günahdır. Bir mənalı olaraq fal şeytan əməlidir. Mən heç vaxt fala inanmamışam və ehtiyacda duymamışam. İnsan nəyisə həyata keçirtmək istəyirsə, onu öz etməlidir”.
Şəhər sakini Mətin Hüseynqulu: “Fallar inanmaq yalnız boşluğun nəticəsində meydana gəlir. Bəzi insanlar spirtüalizmlə hobbi kimi məşğul olurlar. Düşünürəm ki, bundan maraq üçün istifadə etmək olar. Lakin artıq bu marağı adət halına çevirdik də çox böyük bədbəxliklərə səbəb olur. Elm cəhətdən də bu mövzunu araşdırdığımız zaman heç bir məlumatın olmadığını görürük. Ona görə də elmi cəhətdən sübutu olmayan bir şeyə inanmaq savadsızlığın göstəricisidir”.

Şəhər sakini Rizvan İsmayıloğlu: “Mən həm fala inanıram, həm də inanmıram. Çünki nə qədər də desəm ki, inanmıram elə bir an olur ki, içimdə fala qarşı ianm yaranır. Hətta brlə bir deyim də var. Fala inanma faldan da qalma. Yəni fal edə bilərsən amma bunun dərinliyinə getmək laızm deyil. Fala inanan insnaları qınamıram. Çünki hər kəs təskinliyi bir şeydə tapır. Bəzi dinlərə görə hətta bu faktor qədim zamanlarda da mövcud olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB