Azərbaycanda zəlzələ olub

Yerli vaxtla saat 17:02-də Zaqatala stansiyasından 10 km cənub-şərqdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, maqnitudası 3,9, dərinliyi isə 23 km olan zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqlərində 3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə